Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Azərbaycanda Qurban bayramı qeyd olunur

27 May 2026
Azərbaycanda Qurban bayramı qeyd olunur

Qurban bayramı müsəlman dünyasının ən ülvi və müqəddəs bayramlarından biridir. Bu bayram İslam dininin təbliğ etdiyi ali keyfiyyətlər olan mərhəmət və halallığın, birlik və bərabərliyin, həmrəylik və qardaşlığın rəmzidir, insanları xeyirxah əməllərə, paklığa, saflığa səsləyir.

Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə may ayının 27-nə təsadüf edir.

Qoy bu əziz bayramın nuru ocaqlarımıza sevinc və ruzi, süfrələrimizə bolluq və bərəkət gətirsin.

Bayramınız mübarək!

Reaksiyanızı bildirin