Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Bərdə məktəblərində ADDA təhsilinə dair təqdimat keçirilib

25 May 2026
Bərdə məktəblərində ADDA təhsilinə dair təqdimat keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) nümayəndələri Bərdə rayonu 5 nömrəli tam orta məktəbdə Akademiyanın fəaliyyəti, tədris imkanları və tələbə həyatına həsr olunmuş maarifləndirici tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Teymur Həmidov qonaqları salamlayaraq gənclərin peşə seçimi mərhələsində bu cür görüşlərin mühüm əhəmiyyət daşıdığından və dənizçilik peşəsinin ölkə iqtisadiyyatı və nəqliyyat sektoru üçün strateji əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edən ADDA-nın kafedra müdiri İlqar Abdullayev Akademiyanın zəngin tarixi ənənələri, beynəlxalq standartlara uyğun təhsil sistemi və tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasında texniki və humanitar biliklərin vəhdəti barədə məlumat verib.

Ruslan Əlicanov və Aytac Rüstəmli Akademiyada tədris olunan ixtisaslar, beynəlxalq sertifikatlaşdırma imkanları və məzunların karyera perspektivləri barədə ətraflı təqdimatla çıxış edib. Təqdimatda “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasları üzrə təhsil proqramları haqqında məlumat verilib.Tədbir çərçivəsində tələbələrə ADDA-nın müasir maddi-texniki bazasını, simulyatorlarını, tədris gəmilərini, laboratoriyalarını və tələbə həyatını əks etdirən videoçarx nümayiş olunub. ADDA tələbələrinin “Hackathon 2025”, “GreenTech III” və “Game Summit 2026” kimi nüfuzlu müsabiqələrdə qazandıqları nailiyyətlərdən bəhs edilib.

Tədbirin sonunda Gəmi sürücülüyü fakültəsinin I kurs tələbəsi Günay Kərimli tələbə həyatı ilə bağlı təəssüratlarını bölüşüb. Tədbir məktəblilərin suallarının cavablandırılması və xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.

Foto qalereya4

Reaksiyanızı bildirin