Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

BGZ-də təcrübə uğurla yekunlaşdı

01 Avqust 2025
BGZ-də təcrübə uğurla yekunlaşdı

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə I kurs tələbələrinin “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) təşkil olunan tədris təcrübəsi 01 avqust 2025-ci il tarixində uğurla yekunlaşmışdır.

Təcrübəni müvəffəqiyyətlə başa vuran tələbələr Zavod rəhbərliyi tərəfindən sertifikatlarla təltif edilmişdir.

Qeyd edək ki, ADDA ilə BGZ arasında əməkdaşlıq 2014-cü ildən etibarən uğurla davam edir. Bu əməkdaşlıq çərçivəsində tələbələrin Akademiyada əldə etdikləri nəzəri biliklərin istehsalat şəraitində möhkəmləndirilməsi üçün hər il müxtəlif təcrübə proqramları həyata keçirilir.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyi Bakı Gəmiqayırma Zavodunun kollektivinə və rəhbərliyinə göstərdikləri dəstəyə, həmçinin təcrübənin yüksək səviyyədə və keyfiyyətli təşkilinə görə təşəkkürünü bildirir.

Reaksiyanızı bildirin