Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Daha bir ADDA müəlliminin uğuru

05 İyul 2021
Daha bir ADDA müəlliminin uğuru

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ADDA-nın “Humanitar fənlər” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Rzayevanın dünya dilçiliyində hakim mövqedə olan antroposentrik paradiqm-sosiolinqvistika, psixolinqvistika və onun ən müasir qollarından olan koqnitiv dilçilik sahəsi üzrə “Azərbaycan dilçiliyinin dünya dilçiliyinə inteqrasiyası” adlı tədqiqat əsəri - monoqrafiyası çapdan çıxmışdır.

Monoqrafiya Azərbaycan, o cüm­lədən roman-german dilləri üzrə aparılmış araşdırmaların istiqamətlərini, onların elmi-nəzəri səciy­yəsini verməklə bərabər, gələcəkdə müxtəlif dillərin struktur və funksional baxı­mdan öyrənilməsi ilə bağlı sonrakı araşdırmaların inkişafına təkan verə bilər. Monoqrafiyanın nəticələrindən nəzəri və tipoloji dilçiliyin müxtəlif aspektlərinin tədqiqində istifadə edilə bilər. Monoqrafiyadan ali məktəb­lər­də müxtəlif dillərin tədrisində, dilçiliyin ayrı-ayrı sahələrinin təd­­risinin keyfiyyətinin yaxşılaşdırılması, elmi-metodik vəsait və proqramların hazırlan­ması işində faydalanmaq mümkündür.

Müəllif illərdir məşğul olduğu psixolinqvistika elminin nəticələrinin pedaqoji prosesdə uğurla tətbiqinə nail olmuş, 2021-ci ilin may-iyun aylarında təlim və tədris prosesinin müasir innovativ tətbiq üsullarıyla layihələndirilməsi üzrə İsveçrə akkreditasiyalı, dünyanın nüfuzlu beynəlxalq dərəcəli təlim kurslarını müvəffəqiyyətlə bitirmişdir.

Foto qalereya3

Reaksiyanızı bildirin