DƏNİZ AKADEMİYASININ MƏZUNU TARİXƏ DÜŞDÜ

Bu buraxılışda Azərbaycan gəmiçiliyi tarixində yeni bir səhifə açan gənc xanımın uğur hekayəsini təqdim edirik.
Azərbaycan Dövlət Dəniz Akademiyası məzunu İradə Astanova Dövlət Dəniz və Liman Agentliyi tərəfindən keçirilən imtahanda 97 bal toplayaraq növbətçi mexanik sertifikatı əldə edib. Bununla da o, Azərbaycan gəmiçiliyi tarixində mexanik ixtisası üzrə komandir heyətinə daxil olmaq hüququ qazanan ilk xanım kimi tarixə düşüb.
2024-cü ildən etibarən ASCO-nun “Prezident Heydər Əliyev” tankerində mexanik vəzifəsində çalışan İradə Astanova öz əzmi, peşəkarlığı və intizamı ilə bu sahədə qadınların da uğurla irəliləyə biləcəyini sübut edir.
Bu müsahibədə dənizçiliyə aparan yol, çətin və məsuliyyətli imtahan prosesi, kişilərdən ibarət komandada çalışma təcrübəsi, cəmiyyətin gözləntiləri və stereotipləri, gələcək hədəflər və yeni zirvələrdən söhbət açılır.
Bu video sadəcə bir uğur hekayəsi deyil, əzm, səbr və peşəkarlığın real nümunəsidir.

