Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Dənizçi tələbələr “Əsgərə salam” hərbi-vətənpərlik aksiyasına qoşulublar

31 Yanvar 2020
Dənizçi tələbələr “Əsgərə salam” hərbi-vətənpərlik aksiyasına qoşulublar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” hərbi-vətənpərlik aksiyasına qoşulub.

Belə ki, dənizçi tələbələr bu gün kollektiv şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdiriblər. Foto aksiyada nəzərdə tutulduğu kimi #esgeresalam #dovletqacqinkom həştəqləri ilə ASCO-ya məxsus sosial şəbəkə hesablarında paylaşılıb.

Qeyd edək ki, 2 fevral – Gənclər Gününə qədər davam edəcək aksiyada məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.

Foto qalereya1

Reaksiyanızı bildirin
Dənizçi tələbələr “Əsgərə salam” hərbi-vətənpərlik aksiyasına qoşulublar | ADDA