Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

“Elmi əsərlər” məcmuəsinin 2-ci nömrəsi hazırdır

23 İyun 2019
“Elmi əsərlər” məcmuəsinin 2-ci nömrəsi hazırdır

Gəmiçilik işçilərinin peşə bayramı – “Dənizçi günü” ərəfəsində Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elmi əsərlər” məcmuəsinin 2019-cu ildə 2-ci nömrəsi hazırlanıb. Bu, həm də jurnalımızın 30-cu, yubiley nömrəsidir. Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərlə maraqlananlar məcmuəmizlə aşağıdakı linkdən tanış olub yükləyə bilərlər:

[Proceedings of ASMA-2019 n2](https://adda.edu.az/uploads/Elmi eserler/Elmi eserler (2) 2019.pdf "Proceedings of ASMA-2019 n2")

“Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi əsərləri” məcmuəsində yerli və xarici ölkə alimlərinin elmi məqalələri 3 dildə - Azərbaycan, rus və ingilis dillərində dərc olunub. Dörd bölmədən – Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri problemləri bölmələrindən ibarət məcmuədə dərc olunan 26 elmi məqalədən 12-si Ukrayna və Rusiya alimlərinindir.

Reaksiyanızı bildirin