Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Elmi jurnalımız onlayn versiyada

13 İyun 2018
Elmi jurnalımız onlayn versiyada

Azərbaycan Dövlət Dəniz Akademiyası daha bir ilkə imza atıb. Akademiyanın “Elmi əsərlər” məcmuəsinin 2018-ci ildə birinci nömrəsi internet saytımızda elektron versiyada yerləşdirilib. Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərlə maraqlananlar jurnalımızla aşağıdakı linkdən tanış olub yükləyə bilərlər:

https://res.cloudinary.com/xpjtibwa/image/upload/v1785222557/Proceedings_of_ASMA_7f08a0b454.pdf

Qeyd edək ki, “Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi əsərləri” məcmuəsində yerli və xarici ölkə alimlərinin elmi məqalələri 3 dildə - Azərbaycan, rus və ingilis dillərində dərc olunur. Jurnal İSSN 2220-1025 indeksi altında təsdiqlənib, Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxildir və elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələrini dərc edir. Dörd bölmənin – Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri problemləri bölmələrinin yer aldığı məcmuənin il ərzində iki nömrəsi çapa buraxılır. Redaksiya heyətinin 6 üzvü xarici ölkə alimləridir. Jurnalın baş redaktoru ADDA-nın rektoru, texnika üzrə fəlsəfə doktoru, dosent Çingiz Əliyev, elmi redaktoru ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, texnika üzrə fəlsəfə doktoru, dosent Vüqar Sadıqovdur.

Foto qalereya1

Reaksiyanızı bildirin