Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Elmi jurnalımızın bu ildə son nömrəsi

24 Dekabr 2020
Elmi jurnalımızın bu ildə son nömrəsi

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elmi əsərlər” məcmuəsinin 2020-ci ildə ikinci nömrəsi işıq üzü görüb. Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərlə maraqlananlar jurnalımızla aşağıdakı linkdən tanış olub yükləyə bilərlər:

Proceedings of ASMA-2020 n2

Elmi jurnalın bu nömrəsinin ilk məqaləsi “Distant təhsilin inkişafı: Texnologiyalar, pedaqogika və təşkilatlar” mövzusundadır. Məqalədə distant təhsilin pedaqogika baxımından inkişaf etdirilməsi, yəni məsafədən təhsil üçün iş bölgüsünün qurumlar arasında yeni bir təşkilati strukturu təklif edilir. Həmçinin bu növ təhsilin struktur mərhələlərindən olan texnoloji, pedaqoji və təşkilatı inkişaf mövzusuna geniş yer ayrılıb.

2-ci nömrədə dərc olunan elmi məqalələrin müəllifləri sırasında xarici ölkələrdən 39 alim yer alıb. Azərbaycan, rus və ingilis dillərində yazılan məqalələr gənc mütəxəssislərin elmi işlərinə fayda verməklə yanaşı, dənizçilik sahəsində də geniş istifadə edilə bilər.

Qeyd edək ki, jurnal dörd bölmədən (Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri) ibarət olaraq İSSN 2220-1025 indeksi altında təsdiqlənib. Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxil olan jurnalda elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələri dərc edilir.

Redaksiya heyətinin 7 üzvü xarici ölkə alimləridir. Jurnalın baş redaktoru ADDA-nın rektoru, dosent Heydər Əsədov, elmi redaktoru ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqovdur.

Reaksiyanızı bildirin
Elmi jurnalımızın bu ildə son nömrəsi | ADDA