Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Elmi jurnalımızın cari ildə iki nömrəsi çap olundu

29 İyul 2022
Elmi jurnalımızın cari ildə iki nömrəsi çap olundu

Hər il may ayında Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilimiş Beynəlxalq elmi-texniki konfrans keçirilir. Ən yaxşı elmi məqalələr “ADDA-nın elmi əsərləri” məcmuəsində dərc edilir. Bu günlərdə elmi jurnalımızın 2022-ci ildə iki nömrəsi işıq üzü görüb.

Hər bir jurnala ayrı ayrılığında 25 məqalə daxil olub. Onların sırasında Rusiya, Ukrayna və Qazaxıstan alimlərinin məqalələri yer almışdır. Yazılan məqalələr gənc mütəxəssislərin elmi işlərinə fayda verməklə yanaşı, dənizçilik sahəsində də geniş istifadə oluna bilər.

Qeyd edək ki, jurnal dörd bölmədən (Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri) ibarət olaraq İSSN 2220-1025 indeksi altında təsdiqlənib. Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxil olan jurnalda elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələri dərc edilir.

Redaksiya heyətinin 5 üzvü xarici ölkə alimləridir. Jurnalın baş redaktoru ADDA-nın rektoru, dosent Heydər Əsədov, elmi redaktoru ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqovdur.

Foto qalereya1

Reaksiyanızı bildirin
Elmi jurnalımızın cari ildə iki nömrəsi çap olundu | ADDA