Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Elmi jurnalımızın növbəti nömrəsi

21 Noyabr 2020

Karantin dövrünün bütün çətinliklərinə baxmayaraq, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elmi əsərlər” məcmuəsinin 2020-ci ildə ilk nömrəsi işıq üzü görüb. Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərlə maraqlananlar jurnalımızla aşağıdakı linkdən tanış olub yükləyə bilərlər:

Proceedings of ASMA-2020 n1

Builki nömrədə dərc olunan elmi məqalələrin müəllifləri sırasında xarici ölkələrdən 36 alim yer alıb. Azərbaycan, rus, türk və ingilis dillərində yazılan məqalələr gənc mütəxəssislərin elmi işlərinə fayda verməklə yanaşı, dənizçilik sahəsində də geniş istifadə edilə bilər.

Qeyd edək ki, jurnal dörd bölmədən (Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri) ibarət olaraq İSSN 2220-1025 indeksi altında təsdiqlənib. Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxil olan jurnalda elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələri dərc edilir.

Redaksiya heyətinin 7 üzvü xarici ölkə alimləridir. Jurnalın baş redaktoru ADDA-nın rektoru, dosent Heydər Əsədov, elmi redaktoru ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqovdur.

Reaksiyanızı bildirin