Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Elmi seminarlar davam edir

14 İyun 2022
Elmi seminarlar davam edir

İyunun 8-də ADDA-nın “Gəmi elektroavtomatikası” kafedrasında “Gəmi göyərtə mexanizmlərinin elektrik intiqallarının avtomatik idarəetmə sistemləri” mövzusunda elmi seminar təşkil olunub.

Elmi seminarı “Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanov açaraq qeyd edib ki, son illərdə elmi-tədqiqatların aparılması istiqamətində əldə olunan əsas nailiyyətlərdən biri kafedralarda yerinə yetirilən elmi-tədqiqat işlərinin mövzularının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanma və müəssisələrindəki problemlərə uyğunlaşdırılmasıdır.

Seminarın sədri, ADDA-nın “Gəmi elektroavtomatikası” kafedrasının professoru Tahir Lazımov gənc əməkdaşların elmə marağının artırılması istiqamətində Akademiyada aparılan işlərdən bəhs edərək doktorant, dissertant və gənc tədqiqatçılara öz tövsiyələrini çatdırıb və seminar iştirakçılarına uğurlar arzulayıb.

Mövzü ətrafında “Gəmi elektroavtomatikası” kafedrasının elmlər doktoru proqramı üzrə dissertantı Elşən Sultanovun məruzəsi dinlənilib.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzədən sonra geniş müzakirələr aparılıb. Müzakirələrdə professor Aydın Muradəliyev, dosent Vahid Fərhadov, dosent Afaq Səlimova və doktorant Sahib İsmayılovun çıxışları dinlənilib, mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb.

Foto qalereya2

Reaksiyanızı bildirin
Elmi seminarlar davam edir | ADDA