Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Elmi Şuranın növbəti iclası keçirilib

08 Aprel 2026
Elmi Şuranın növbəti iclası keçirilib

07 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda ADDA və Dövlət Dəniz və Liman Agentliyi tərəfindən birgə təsdiq edilmiş “Azərbaycan Respublikasında dənizçilik təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılmasına dair Tədbirlər Planı”, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) Akademiyanın biznes prosesləri üzrə təsərrüfat fəaliyyətinin yoxlanılması nəticəsində tərtib olunmuş "Daxili nəzarət sistemində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər planı” və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Akkreditasiya qiymətləndirilməsinə dair Akkreditasiya Komissiyasının yekun hesabatı”nda göstərilən tövsiyə və göstərişlərin icrası və ixtisaslar üzrə təhsil proqramlarının DHDNÇ Konvensiyasının tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məqsədilə müvafiq komissiyaların və fakültələr üçün xüsusi emblemlərin, Azərbaycan Dənizçilik Kolleci üçün isə yeni emblem və loqotipin yaradılması ilə bağlı qərarlar qəbul olunub.

Reaksiyanızı bildirin