Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Elmi-texniki konfransın fərqlənən iştirakçıları təltif olunub

13 May 2026
Elmi-texniki konfransın fərqlənən iştirakçıları təltif olunub

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatının inkişafı perspektivləri” mövzusunda tələbə və gənc tədqiqatçıların elmi-texniki konfransında fərqlənən iştirakçılara sertifikatların təqdimetmə mərasimi keçirilib.

Konfrans 7 elmi bölmə üzrə təşkil olunub və ümumilikdə 167 elmi məruzə təqdim edilib. Məruzələr bölmə iclaslarında geniş müzakirə olunaraq qiymətləndirilib. Müzakirələrin nəticələrinə əsasən, elmi yeniliyi, mövzuların aktuallığı və təqdimat keyfiyyəti ilə seçilən 28 tələbə və gənc tədqiqatçı mükafatlandırılıb.

Tədbirdə çıxış edən ADDA-nın rektor əvəzi Eldar Qocayev Ümummilli Lider Heydər Əliyevin elmə, təhsilə və gənclərin inkişafına daim xüsusi diqqət yetirdiyini vurğulayıb. O bildirib ki, gənclərin elmi potensialının inkişaf etdirilməsi və innovativ təşəbbüslərinin dəstəklənməsi bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Eldar Qocayev konfrans çərçivəsində təqdim olunan məruzələrin aktual mövzuları əhatə etdiyini qeyd edərək, tələbə və gənc tədqiqatçıların dəniz nəqliyyatı sahəsində elmi araşdırmalara artan marağını yüksək qiymətləndirib. O, iştirakçılara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb və onların beynəlxalq səviyyəli elmi layihələrdə fəal iştirak edəcəklərinə əminliyini ifadə edib.

Tədbirin sonunda fərqlənən iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

"Elmi-texniki konfransın fərqlənən iştirakçıları təltif olunub" teqi üzrə xəbərlər :

https://www.xezernews.az/az/elmi-texniki-konfransin-ferqlenen-istirakcilari-teltif-olunub

Reaksiyanızı bildirin