Əməkdaşımız sertifikat alıb

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tabeliyində “Azərbaycan Metrologiya İnstututu” PHŞ-nin təşkil etdiyi “Ölçmələrin qeyri-müəyyənliyinin qiymətləndirilməsi və statistik modernləşdirmə” mövzusunda təlim keçirilib. Təlimdə Akademiyanın “Gəmi energetik qurğuları” kafedrasının müəllimi Əlivahid Əliyev də iştirak edib.
Təlim zamanı ölçmə metodları və onların tətbiqi, etalon nümunələr vasitəsilə ölçmələrin aparılması, temperatur kəmiyyət vahidinin yenidən təyin edilməsi, qeyri-müəyyənliyi azaltmaq üçün istifadə olunan üsullar barəsində ətraflı məlumat verilib.
Yekunda ADDA-nın əməkdaşına sertifikat təqdim olunub.

