Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Əziz tələbələr! “Dil – karyeraya gedən yol” IV Ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsində iştirak etməyə dəvət edirik.

22 Sentyabr 2017
Əziz tələbələr! “Dil – karyeraya gedən yol” IV Ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsində iştirak etməyə dəvət edirik.

Müsabiqə aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

  • istənilən mövzuda 3-4 dəqiqə müddətində ingilis dilində prezentasiya etmə qabiliyyəti
  • prezentasiya mövzusunun aktuallığı
  • prezentasiyaların tərtibatı

Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

İştirakçılar sertifikatlarla təltif olunacaqlar.

Hər ali təhsil müəssisəsindən maksimum 10 təmsilçi iştirak edə bilər.

İştirakçının anketi və prezentasiyanın elektron versiyası oktyabr ayının 30-na qədər qəbul olunur.

Müsabiqənin keçirilmə tarixi: 16-17 noyabr 2017-ci il saat 1400, Akademiyanın akt zalı (Az 1000, Bakı şəhəri, Zərifə Əliyeva küç., 18).

Müsabiqə haqqında ətraflı məlumat:

URL: www.adda.edu.az ; Dil-karyeraya gedən yol Məlumat.docx

E-mail: [email protected]

Faks: (0994-12)493-75-21, tel.: 493-75-21, 493-36-44 (113).

Reaksiyanızı bildirin