Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Fakültə Elmi Şuralarının seçkiləri

18 Noyabr 2019
Fakültə Elmi Şuralarının seçkiləri

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi sürücülüyü” və “Gəmi mexanikası və elektromexanikası” Fakültə Elmi şuraları üzvlərinin seçkiləri keçirilib. Namizədlər təklif edildikdən sonra gizli səsvermə aparılıb. Səsvermənin nəticələrinə əsasən, “Humanitar fənlər” kafedrasınin dosenti Saməddin İmanov və “Dəniz naviqasiyası” kafedrasının baş müəllimi Samirə Gözəlova “Gəmi sürücülüyü” fakültəsinin Elmi Şurasına, “Gəmi energetik qurğuları”kafedrasının dosenti Məhəmməd Rzayev, “Tətbiqi mexanika” kafedrasının dosenti Bəhruz Ağarzayev və ”Gəmi elektroavtomatikası” kafedrasının baş müəllimi İlhamə Bayramova isə “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin Elmi Şurasına üzv seçiliblər.

Qeyd edək ki, tərkibi təhsil müəssisəsinin rektoru tərəfindən təsdiq edilən Fakültə Elmi Şurası fakültə dekanını seçməklə yanaşı, mütəxəssis hazırlığı, elmi-tədqiqat fəaliyyəti, kafedraların maddi-texniki təchizatı və s. kimi məsələlərə baxır.

Foto qalereya19

Reaksiyanızı bildirin