Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

“Gəmi mühəndisi-2023” texnologiya sərgisi

26 May 2023
“Gəmi mühəndisi-2023” texnologiya sərgisi

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-də 26 may 2023--cü il tarixində - “Gəmi mühəndisi-2023” texnologiya sərgisi keçirilib.

Sərgidə Akademiyanın kafedraları, eləcə də Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu, Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, "Bibiheybət" Gəmi Təmiri Zavodu, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodu özlərinin elmi və texniki yaradıcılıq fəaliyyətinin məhsulları, fundamental və tətbiqi tədqiqatlar, o cümlədən texnoloji yeniliklər və innovasiyalarla çıxış ediblər.

Sərginin keçirilməsində məqsəd elmi-texniki və tətbiqi yaradıcılığı, gənclərin biznes ideyalarını dəstəkləmək və inkişaf etdirməkdən, eləcə də Akademiyada startap hərəkatının genişləndirilməsindən və “TEKNOFEST” texnologiya sərgisində iştirak etməkdən ibarətdir.

Foto qalereya7

Reaksiyanızı bildirin