Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Gəmilərdə bərpa olunan enerji mənbələrinin tətbiqinə dair elmi seminar keçirilib

15 May 2026
Gəmilərdə bərpa olunan enerji mənbələrinin tətbiqinə dair elmi seminar keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik sahəsində müasir innovasiyaların, ekoloji təmiz texnologiyaların və elmi tədqiqatların təşviqini davam etdirir. 15 may 2026-cı il tarixində keçirilən elmi seminar alternativ və bərpa olunan enerji mənbələrinin gəmiçilikdə tətbiqi mövzusuna həsr olunub.

Tədbirdə Akademiyanın professor-müəllim heyəti, doktorant və magistrantlarla yanaşı, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Energetika İnstitutunun nümayəndələri də iştirak ediblər.

Seminarda “Gəmi elektroavtomatikası” kafedrasının doktorantı Kənan Şəhrud oğlu Hüseynov “Bərpa olunan enerji mənbələri əsasında gəmi elektrik təchizat sisteminin effektivliyinin artırılması imkanları” mövzusunda geniş məruzə ilə çıxış edib.

Qlobal dənizçilikdə ətraf mühitin qorunması və ənənəvi yanacaqlardan asılılığın azaldılması istiqamətində aparılan işlər fonunda təqdim olunan mövzu iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Seminarda gəmilərdə alternativ və bərpa olunan enerji mənbələrinin (külək, günəş və s.) tətbiqi, gəmi elektrik təchizat sistemlərinin səmərəliliyinin artırılması və bu sahədə beynəlxalq təcrübə ilə bağlı elmi müzakirələr aparılıb.

Seminar mövzu ətrafında fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.

Foto qalereya6

Reaksiyanızı bildirin