Həmrəylik Günü və Yeni İl ADDA-nın yataqxanasında da qeyd edilib

Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il Bayramı günlərində ADDA-nın tələbə yataqxanasında qalan 50-dən artıq yerli və xarici tələbə bu əlamətdar günləri Akademiyanın inzibati heyətinin nümayəndələri ilə birlikdə şirniyyat süfrəsi arxasında səmimi şəkildə qeyd etdilər.
Tədbir zamanı 31 dekabr Düya Azərbaycanlıların Həmrəylik Gününün tarixi əhəmiyyətindən, dünya azərbaycanlılarının və Azərbaycançılığın inkişafından danışılmışdır. İştirakçılar həmçının ayrı-ayrı ölkələrdə yeni ilin bayramının kecirilməsi adətlərindən və tələbəlik həyatının maraqlı məqamlarından səmimi söhbətlər etmişlər. Dünyanın müxtəlif qitə və ölkələrindən olan tələbələr Azərbaycanın onlar üçün ikinci vətən olduğunu və tələbəlik illərindən sonrada Azərbaycanla və ADDA ilə əlaqələrini kəsməyəcəklərini bildirdilər.

