Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

İstedadlı gənclər olimpiadada iştirak etdilər

30 Noyabr 2017
İstedadlı gənclər olimpiadada iştirak etdilər

Noyabrın 29-da Dəniz Akademiyasının I və II kurs tələbələri arasında ümumpeşə hazırlığı fənləri üzrə olimpiada keçirildi. Tələbələrə öz intellektual bacarıqlarını maksimum açmağa imkan yaradılması, elmdə və təhsildə qabiliyyətli, istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyan olimpiada 3 fənn – riyaziyyat, fizika və informatika fənləri üzrə təşkil olunmuşdu. Hər fənn üzrə ayrılıqda keçirilən bilik yarışmasında gənclər qoyulmuş sualları yazılı şəkildə cavablandırıb müsabiqə komissiyasına təqdim etdilər. Yazılar yoxlandıqdan sonra ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifovun rəhbərlik etdiyi müsabiqə komissiyası noyabrın 30-da qalibləri elan etdi. Yüksək nəticə göstərən tələbələr - Abbasov Eltun, Dadaşov Rauf, Hacıyev Babək, Rəşidov Rəşid, Həsənov Qoşunəli, Məlikzadə Təhmasib, Paşayev Qonaq və Şəmilzadə Qudrət I – III dərəcəli diplomlara layiq görüldülər.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev qaliblərin mükafatlandırılması mərasimində onlara müvafiq diplomları təqdim etdi, təbriklərini çatdırdı. Bildirdi ki, yaxşı mütəxəssis olmaq üçün belə olimpiadalarda iştirak çox vacibdir.

Foto qalereya8

Reaksiyanızı bildirin