Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Maarifləndirmə tədbiri

21 Noyabr 2025
Maarifləndirmə tədbiri

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” və “1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü” çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasında maarifləndirmə tədbiri keçirib.

İmmunitet Çatışmazlığı Virusunun erkən aşkar edilməsi, əhalinin İİV/QİÇS haqqında məlumatlılığının artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədi daşıyan tədbirdə təcrübəli həkimlər İİV/QİÇS-in profilaktikası ilə bağlı təlim keçiblər, xəstəliyin tarixi, yoluxma yolları, müayinə və müalicəsi barədə ətraflı məlumat veriblər. Tələbələr maraqlandıqları suallara cavab alıblar.

Sonda tələbələrə İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.

Foto qalereya4

Reaksiyanızı bildirin
Maarifləndirmə tədbiri | ADDA