Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Magistrantlarımız beynəlxalq elmi konfransda

27 May 2022
Magistrantlarımız beynəlxalq elmi konfransda

Mayın 25-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Xalq Cumhuriyyətinin 104 illiyi ilə əlaqədar magistrant, kursant, tələbə və dinləyicilərin “Fövqəladə halarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda IX elmi-praktik konfrans keçirilib.

Konfransda ADDA-nın 361M qrup magistrantları, gələcəyin elektromexanikləri İbrahim Novruzov və Ramil Səmədov müxtəlif məqalələrlə çıxış ediblər. Konfransın təbiət elmləri və təhlükəsizlik problemləri bölməsində magistrantlarımız ölkəmizdə gəmiçiliyin aktual problemlərinə dair, o cümlədən yüksək gərginlikli gəmi qurğularında tətbiq olunan yarımkeçirici çeviricilərin mühafizəsi və gəmi elektrik avadanlıqlarında elektromaqnit uyğunluğu haqqında məqalələr təqdim ediblər.

Konfransda həmçinin, fövqəladə hallar zamanı təhlükəsizlik problemləri, baş verən qəzaların aradan qaldırılmasında yeni texnologiyaların tətbiqi və bir sıra müxtəlif məsələlər müzakirə olunmuşdur.

Reaksiyanızı bildirin