Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Master – klass dərsləri davam edir

08 Noyabr 2017
Master – klass dərsləri davam edir

08 noyabr 2017-ci il tarixdə Azərbaycan Dövlət Dəniz Akademiyasının Akt zalında professor – müəllim heyəti, doktorant, dissertant, magistr və tələbələr üçün “Dəniz naviqasiyası” kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru E.O.Abbasovun “Dəniz donanması gəmilərində istifadə olunan maqnit kompasları” mövzusunda master-klass təşkil olunub.

Mühazirə geniş auditoriya kütləsi üçün nəzərdə tutulmuş, dəniz donanması gəmilərində istifadə olunan maqnit kompaslarının nəzəriyyəsi, quruluşu, iş prinsipi, onlarda yaranan xətalar və bunların aradan qaldırılması üsulları ilə bağlı praktiki məsələlərin həllini əhatə edib. Beynəlxalq Dəniz Təşkilatının (İMO) və Dənizdə İnsan Həyatının Qorunmasına dair Beynəlxalq Konvensiyasının (SOLAS-74) gəmilərdə istifadə olunan maqnit kompaslarına qoyduğu tələblərin ətraflı şərh olunması dinləyicilərin marağına səbəb olub.

Dos. E.O.Abbasov dərs zamanı yüksək səviyyədə hazırlanmış prezentasiya və mövzu ilə əlaqədar əyani vəsaitlərdən istifadə edərək auditoriyanın marağını yaratmışdır.

“Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında təhsil alan III kurs tələbələri və magistrlər mövzu ilə əlaqədar olaraq mühazirəçiyə xeyli sayda suallar veriblər və dərs interaktiv diskussiya şəklində davam edib.

Foto qalereya5

Reaksiyanızı bildirin