Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

“Master-klass” dərsləri keçirilir

13 May 2022
“Master-klass” dərsləri keçirilir

Mayın 13-də ADDA-nın akt zalında "Humanitar fənlər" kafedrasının müdiri, dosent İlqar Abdullayevin “Pedaqoji prosesdə müəllimin rolu” mövzusunda master-klass dərsi təşkil olunub.

Mühazirədə müəllimlik işinin xüsusiyyətləri, ali məktəb müəlliminin funksiyaları, peşə qabiliyyətləri, şəxsi keyfiyyətləri və pedaqoji ustalığı istiqamətində nəzəri və praktik məsələlərə toxunulub.

İnteraktiv formada keçirilən dərsdə akademiyanın gənc müəllimləri, doktorant və magistrantları iştirak ediblər.

Reaksiyanızı bildirin
“Master-klass” dərsləri keçirilir | ADDA