Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Müasir tədris metodları tətbiq edilir

18 Oktyabr 2017
Müasir tədris metodları tətbiq edilir

Azərbaycan Dövlət Dəniz Akademiyası MDB məkanında dənizçilik təhsili sahəsində ən nüfuzlu ali məktəb olan Sankt-Peterburq Dövlət Dəniz və Çay Donanması Universiteti yanında Tədris-Metodiki Şuranın üzvüdür. Qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurulan əlaqələrimiz ildən-ilə möhkəmlənir. Bu, ən müasir tədris metodlarının tətbiqində də özünü göstərir.

Oktyabrın 18-də Sankt-Peterburq Dəniz Mühəndislik Bürosunun baş direktoru, professor Gennadi Yeqorov MDB ölkələrinin aparıcı dəniz universitetlərinin tələbə və müəllimləri üçün açıq internet-mühazirə ilə çıxış edib. İnternet-mühazirənin mövzusu “XXI əsrin neftdaşıyan və kombinə edilmiş qarışıq çay-dəniz tipli gəmiləri” olub.

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” ixtisası üzrə təhsil alan tələbələrinin, müvafiq kafedra müəllimlərinin qoşulduğu və internet vasitəsilə canlı yayımlanan mühazirədə professor G.Yeqorov beynəlxalq enerji daşıyıcıları bazarında vəziyyət, neft və neft məhsullarının nəqli marşrutları, dəniz daşımalarında ekoloji problemlər və onların həlli yolları barədə ətraflı məlumat verib. O, köhnə nəsil tankerlərin fiziki və mənəvi cəhətdən köhnəlməsi, beynəlxalq konvensiyaların son tələbləri haqqında danışaraq, müasir çay-dəniz tipli gəmilərin müqayisəli təhlilini verib, onların konstruktiv və istismar xüsusiyyətlərini vurğulayıb.

Canlı internet-mühazirə Akademiya tələbələrinin və müəllimlərin böyük marağına səbəb olub.

Foto qalereya8

Reaksiyanızı bildirin