Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Müəllimlərimizin məqalələri xarici jurnalda dərc ediləcək

09 Fevral 2021
Müəllimlərimizin məqalələri xarici jurnalda dərc ediləcək

“Müasir dünyada aktual elmi araşdırmalar” adlı 70-ci Beynəlxalq elmi konfrans 26-27 yanvar 2021-ci il tarixində onlayn formada keçirilib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov, həmin kafedranın dosenti Leyla Həsənova və baş müəllimi Aynur Abdullayeva elmi konfransda məruzə ilə çıxış ediblər.

Müəllimlərimizin mövzularının aktuallığını qeyd edən konfrans iştirakçıları məqalələrin “Müasir dünyada aktual elmi araşdırmalar” jurnalında (Ukrayna) dərc olunmasını tövsiyə ediblər.

Məqalələrdə dəniz nəqliyyatının alternativ enerji mənbələrindən istifadə etməklə isti su təminatının araşdırılmasından bəhs edilir.

Müəllimlərimiz həmçinin 70-ci Beynəlxalq elmi konfransının müvafiq sertifikatlarına da layiq görülüblər.

Foto qalereya2

Reaksiyanızı bildirin