Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

“Nə? Harada? Nə zaman?” - ikinci tur

01 Dekabr 2018
“Nə? Harada? Nə zaman?” - ikinci tur

Dekabrın 1-də Azərbaycan Dövlət Dəniz Akademiyasının 2-ci korpusunda “Nə? Harada? Nə zaman?” intellektual oyununun ikinci mərhələsi keçirilib. Bu mərhələyə müxtəlif universitetlərin 15 komandası qoşulub. Komandalar ADDA-nın Tələbə Həmkarlar İtttifaqı Komitəsinin təşkilatçılığı ilə keçən intellektual oyunda həvəslə iştirak ediblər, ümumilikdə 24 sual səslənib.

“Kapitan Qrantın Yetimləri” yığma komandası 17 suala düzgün cavab verərək birinci yeri, Bakı Ali Neft Məktəbinin “JustForFun” komandası 14 sualı düzgün cavablandırmaqla 2-ci yeri, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Revolver” komandası isə 9 suala düzgün cavab verməklə 3-cü yeri tutub.

Üçüncü turda isə aşağıdakı komandalar iştirak edəcək:

  1. “Kapitan Qrantın Yetimləri” – Yığma komanda
  2. “JustForFun” – BANM
  3. “Revolver” – ADDA
  4. “Pelaut” - ADDA
  5. “Fsociety” – BMU
  6. “1+5 Nəfər” – Yığma komanda
  7. “Eternal” – ADDA
  8. “Qarabağ” – ADPU
  9. “Triada” – ADU
  10. “Mexaniklər” – ADDA
  11. “YeTeam” – Yığma komanda
  12. “Kviyet” - OYU

Foto qalereya13

Reaksiyanızı bildirin