Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Novruz şənliyi alqışlarla qarşılandı

16 Mart 2017

Martın 16-da Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri və professor-müəllim heyəti xalqımızın ən əziz bayramlarından olan Novruz bayramını yüksək əhval-ruhiyyə ilə qeyd etdilər.

Təbiətin oyanışını, baharın gəlişini təcəssüm etdirən Novruz bayramı münasibətilə tələbələrin hazırladığı ədəbi-bədii, musiqili proqram başlamazdan əvvəl Akademiyanın rektoru Çingiz Əliyev bütün kollektivi təbrik etdi, öz ürək sözlərini çatdırdı.

Sonra söz Dəniz Akademiyasının və Azərbaycan Pedaqoji Universitetinin tələbələrinə verildi. Onların birgə ərsəyə gətirdikləri rəngarəng musiqi nömrələri, rəqslər və səhnəciklər zalda əyləşənlərin böyük marağına səbəb oldu, sürəkli alqışlarla qarşılandı. Keçəllə Kosanın məzəli zarafatları zalda xüsusi bayram ovqatı yaratdı.

Bayram şənliyi Akademiyanın akt zalındakı çıxışlarla bitmədi. Hamı bir nəfər kimi həyətdə qalanmış bayram tonqalının ətrafına toplaşdı. Gözlərdən sevinc, üzlərdən təbəssüm əskik deyildi.

Bayramınız mübarək, əziz tələbələr, hörmətli müəllimlər!

Foto qalereya11

Reaksiyanızı bildirin