Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Professor Abdulla Avey ADDA-da olub

30 Oktyabr 2025
Professor Abdulla Avey ADDA-da olub

Oktyabrın 30-da Türkiyənin bir sıra universitetlərinin və Almaniyanın Karlsruye Universitetinin Texniki Mexanika İnstitunun elmi layihələrində iştirak edən, əslən azərbaycanlı alim, professor Abdulla Sofiyev (Avey) Azərbaycan Dövlət Dəniz Akademiyasında olub.

Akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, rektor vəzifəsini icra edən Eldar Qocayev qonağı salamlayaraq, Azərbaycanda dənizçilik təhsilinin tarixindən və Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, ADDA bugün beynəlxalq miqyasda tanınan, Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə cavab verən ali dənizçilik təhsili müəssisəsidir. Qeyd olunub ki, Akademiyada nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin tədrisinə xüsusi önəm verilir. Bununla yanaşı, bütün tələbələr öz istehsalat və üzmə təcrübələrini ixtisasdan aslı olaraq AZCON Holding şirkətlərindən olan ASCO-nun donanmalarında və gəmi təmiri zavodlarında, habelə müxtəlif yerli və xarici şirkətlərin gəmilərində keçirlər. Akademiyada dünyanın müxtəlif ölkələrindən əcnəbi tələbələr də təhsil alır. Bu işlərin beynəlxalq standartlar səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb.

Professor Abdulla Avey apardığı elmi araşdırmalar, eləcə də beynəlxalq fəaliyyəti barədə geniş məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda professor Abdulla Avey 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğurunda canından keçən qəhrəman şəhidlərimizin və sağlamlıqlarını Vətən uğrunda fəda edən igid qazilərimizin xatirəsinə həsr olunmuş guşə ilə, Akademiyanın maddi-texniki bazası – trenajorlar, ixtisas auditoriyaları və laboratoriyalarla tanış olub.

Foto qalereya7

Reaksiyanızı bildirin