Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Qaliblərə diplomlar təqdim olundu

23 May 2025
Qaliblərə diplomlar təqdim olundu

Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Dəniz nəqliyyatının inkişaf prespektivləri” mövzusunda tələbə, magistrant və gənc tədqiqatçıların elmi-texniki konfransına yekun vurulub.

Konfransa 7 bölmə üzrə ümumilikdə 145 elmi məruzə təqdim olunub, iştirakçılar dəniz nəqliyyatı sahəsində aktual problemləri və inkişaf istiqamətlərini əhatə edən mövzularla çıxış ediblər. Məruzələrin tezisləri konfransın toplusunda çap olunacaq.

Akademiyanın müvafiq kafedralarının rəy və hesabatlarına əsasən seçilən məruzəçilər diplomlarla təltif ediliblər.

Tədbirin məqsədi gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılması, onların təşviqi və dəniz nəqliyyatı sahəsində innovativ yanaşmaların irəli sürülməsinə şərait yaratmaqdan ibarət olmuşdur.

Foto qalereya12

Reaksiyanızı bildirin