Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Qazaxıstanda konfrans

04 Aprel 2022
Qazaxıstanda konfrans

Martın 31-də Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin (Qazaxıstan) təşkilatçılığı ilə “Xəzər dənizinin dayazlaşmasının Xəzəryanı dövlətlərin yük axınlarına təsiri” adlı onlayn formatda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransın məqsədi Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin sosial-iqtisadi nəticələrinin tədqiqinə yönəlmiş aktual məsələlərin müzakirəsi, hasilat proseslərinin təhlili, geologiya və ekologiya sahələrində müasir məlumat mübadiləsi, ətraf mühitin keyfiyyətinin yüksəldilməsi üçün innovativ nailiyyətlərin tətbiqi ilə qazma prosesinin ən səmərəli yollarının formalaşdırılması və inkişafı olub.

Konfransa qatılan ali məktəblər sırasında Azərbaycan Dövlət Dəniz Akademiyası da yer alıb. Akademiyanı “Dəniz naviqasiyası” kafedrasının müdiri, uzaq səfərlər kapitanı, t.ü.f.d. Həzi Nəbiyev təmsil edib. O, öz çıxışında Xəzərin dayazlaşmasından, bu prosesin Xəzəryanı dövlətlərin yük axınlarına təsirindən ətraflı söz açıb.

Foto qalereya2

Reaksiyanızı bildirin
Qazaxıstanda konfrans | ADDA