Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Qazilərimiz diqqətdədir

01 İyun 2022
Qazilərimiz diqqətdədir

44 günlük Vətən müharibəsində igidliklə iştirak etmiş və yaralanmış Cavad Cavid oğlu Məmmədzadə 2016-2020-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi" ixtisasında təhsil alıb. Bir sıra döyüşlərdə fədakarlıq göstərən Cavad Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

O, Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəlpə yarası alıb. Dörd dəfə əməliyyat olunub və hazırda müalicəsi davam edir.

Akademiya rəhbərliyinin göstərişi ilə rektorun köməkçisi Aqil Ömərov və "Gəmi sürücülüyü" fakültəsinin dekanı Elnur Abbasov cəsur döyüşçünü ziyarət ediblər. Bildiriblər ki, ADDA-nın tələbələri və müəllimləri Cavadla fəxr edir, ona tezliklə sağalmağı arzulayırlar. Cavad kimi məzunlarımız bütün gənclərə örnəkdirlər.

Reaksiyanızı bildirin
Qazilərimiz diqqətdədir | ADDA