Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Rəhbər heyətin mülki müdafiə məşqi

22 May 2019
Rəhbər heyətin mülki müdafiə məşqi

Azərbaycan Dövlət Dəniz Akademiyasının 2019-cu il üçün mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq, mayın 22-də Akademiyada Rəhbər heyətin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilib. Tədbirdə ADDA-nın rəhbər heyəti, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, mülki müdafiə qərargahı iştirak edib.

Mülki müdafə məşqinin əsas məqsədi Akademiyanın rəhbər, komandir-rəis heyətinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili üzrə biliklərinin təkmilləşdirilməsi, mülki müdafiə planının reallığının yoxlanılması, Akademiyanın fövqəladə hadisələrdə hazırlıq səviyyəsinin müəyyən edilməsi olmuşdur.

Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov Rəhbər heyətin mülki müdafiə məşqi və Akademiyada mülki müdafiə hazırlığının vəziyyəti barədə geniş məlumat verib. Akademiyanın ümumi işlər üzrə prorektoru Əlimərdan Quliyev məşq zamanı fəaliyyət təminatı və vəzifələrin icrası vaxtı əlaqələrin qarışılıqlı fəaliyyətinin təşkilinin önəmini vurğulayıb. Mülki müdafiə qərargahının rəisi A.Babaşov məşqin məqsədini, məşqin planının məzmununu və məşqin gedişini izah edib. Sonda məşqin nəticələri təhlil olunub.

Foto qalereya9

Reaksiyanızı bildirin