Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Şahmat turniri

05 Noyabr 2022
Şahmat turniri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “27 sentyabr anım günü və 8 noyabr Zəfər günü” və “Şuşa ili” ilə bağlı tədbirlər planına əsasən, əməkdaşların intellektual potensialının inkişafı və asudə vaxtlarının səmərəli təşkili məqsədilə 3-5 noyabr tarixlərində “Tətbiqi mexanika” kafedrasının təşəbbüsü ilə Akademiyanın əməkdaşları arasında şahmat turniri keçirilmişdir.

Tədbirdə ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov açılış nitqi ilə çıxış edərək, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilən Şuşa şəhərinin tariximizdəki əhəmiyyətini vurğuladı və keçirilən yarışda iştirak edən əməkdaşlara  uğurlar arzuladı.

Bu əlamətdar tarixə həsr olumuş şahmat turnirində ADDA-nın kafedra və şöbələrində qalib olmuş əməkdaşlar arasında **5 noyabr 2022-ci il** tarixində final oyunu keçirildi. Gərgin və maraqlı rəqabət şəraitində baş tutan yarışmada Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və mülki müdafiə üzrə mütəxəssis Arif Qasımov birinci oldu. “Dəniz naviqasiyası” kafedrasının baş müəllimi Samirə Gözəlova və “İngilis dili” kafedrasının assistenti Sevinc Alfaheeda müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdülər.

  Qaliblər  mükafat və sertifikatla təltif olundular.

Foto qalereya1

Reaksiyanızı bildirin
Şahmat turniri | ADDA