Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Şəhidlər ölmür

20 Fevral 2023
Şəhidlər ölmür

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış ADDA məzunu Rzayev Mirsəfa Mircəlal oğlunun doğum günü fevralın 19-da öncə yaşadığı evdə, daha sonra isə məzarı önündə qeyd olunub.

Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşları və tələbələri, şəhidin ailə üzvləri, qazilər, veteranlar, iş yoldaşları və yaxınları qəhrəmanın məzarını ziyarət edərək gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Xatirə günündə şəhidimizin akademiyadakı tələbəlik illərindən, döyüş yolundan, vətənpərvərliyindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi igidlikdən danışılıb.

Şəhidimiz 2020-ci il oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Foto qalereya6

Reaksiyanızı bildirin
Şəhidlər ölmür | ADDA