Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Seminarda iştirak

03 Noyabr 2023
Seminarda iştirak

Oktyabrın 20-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş respublikanın ali təhsil müəssisələrinin kursant ve tələbələrinin iştirakı ilə “Təbii ve texnogen hadisələrin əhali və ərazilərə təsiri ve onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlər” mövzusunda seminar keçirilib.

Təbii va texnogen mənşəli fövqəladə hadisələrin başvermə səbəbləri, müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları, həmçinin qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında idarəetmənin təşkili, yeni texnologiyaların tətbiqi ve diger aktual məsələlərlə bağlı Nazirliyin peşəkar mütəxəssislərinin çıxışları təqdim olunaraq suallar cavablandırılıb.

        Seminarda Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri də iştirak edib.

Foto qalereya4

Reaksiyanızı bildirin