Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

TEC üzvləri “Gəncliyin Tədqiqatı” tədbirində iştirak edib

06 Mart 2026
TEC üzvləri “Gəncliyin Tədqiqatı” tədbirində iştirak edib

6 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasının Tələbə Elmi Cəmiyyətinin sədri Ruslan Əlicanov və idarə heyətinin üzvləri Azərbaycan Universitetində keçirilən “Gəncliyin Tədqiqatı: Elmlə Sənətin Vəhdəti!” tədbirində iştirak ediblər.

“Tarixin sədası, sabaha baxış” şüarı altında təşkil olunan tədbir gənclər tərəfindən böyük maraqla qarşılanıb və elmi araşdırmalarla incəsənətin estetikliyini birləşdirib. Tədbirdə elm və sənətin inteqrasiyası mövzusunda maraqlı panellər keçirilib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri musiqi və aktyorluq performansları ilə proqramı zənginləşdiriblər.

ADDA TEC nümayəndələri digər universitetlərin gəncləri ilə görüşərək yeni ideyalar, fərqli baxış bucaqları və tədqiqat imkanları ətrafında fikir mübadiləsi aparıblar. Proqram çərçivəsində təhsilində və tədqiqat sahəsində uğur qazanan, zəhməti ilə seçilən fəal gənclərin təltifetmə mərasimi keçirilib.

Reaksiyanızı bildirin
TEC üzvləri “Gəncliyin Tədqiqatı” tədbirində iştirak edib | ADDA