Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Tələbələrimiz “Data x AI: Gələcəyin Hibrid Gücü” mövzusunda maarifləndirici tədbirdə iştirak edib.

12 Dekabr 2025
Tələbələrimiz “Data x AI: Gələcəyin Hibrid Gücü” mövzusunda maarifləndirici tədbirdə iştirak edib.

11 dekabr tarixində Azərbaycan Dövlət Dəniz Akademiyası ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında mövcud əməkdaşlıq çərçivəsində növbəti maarifləndirici görüş uğurla təşkil olunub. Tədbir Azərbaycan İnnovasiya Mərkəzində baş tutub.

Görüşün təlimçisi, BirBank-da Data üzrə ekspert kimi fəaliyyət göstərən Cəlal Rəhmanov “Data x AI: Gələcəyin Hibrid Gücü” mövzusunda təqdimatla çıxış edib. Tədbir zamanı iştirakçılara data analitikası, süni intellektin tətbiq sahələri, rəqəmsal transformasiyanın imkanları və müasir iş dünyasında formalaşan yeni trendlər haqqında geniş məlumat verilib.

İştirakçılar arasında komanda yarışları təşkil edilib, həmçinin mövzu üzrə fəal fikir mübadiləsi aparılıb.

Meet-up-da Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə və magistrantları da iştirak edərək, data sahəsinin real tətbiqləri, biznes proseslərində süni intellekt həllərinin rolu və gələcək peşə perspektivləri ilə bağlı suallarını ünvanlayıblar. Təlim çərçivəsində keçirilən interaktiv sual-cavab sessiyası iştirakçılara praktiki tövsiyələr əldə etmək imkanı yaradıb.

Tədbir, ADDA və İRİA arasında davam edən əməkdaşlığın istiqamətlərindən biri olaraq gənclərin rəqəmsal bacarıqlarının inkişafına, innovativ düşüncə tərzinin gücləndirilməsinə və data sahəsinə marağın artırılmasına mühüm töhfə verir.

Reaksiyanızı bildirin