Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Tələbələrimiz hüquqi maarifləndirmə tədbirində

27 May 2025
Tələbələrimiz hüquqi maarifləndirmə tədbirində

May 27-də tələbələrimiz Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçirilən “Müstəqil Azərbaycanda insan hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbirdə iştirak ediblər.

Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində, 28 May Müstəqillik Günü və 18 iyun Milli İnsan Hüquqları Günü münasibətilə təşkil olunub.

Çıxışlarda insan hüquqlarının tarixi, beynəlxalq hüquqda yeri və bu hüquqların müdafiəsi məsələləri müzakirə olunub. Tələbələrimiz hüquqi mövzularda mütəxəssis Aydan Talıbovanın təqdimatını dinləyərək müzakirələrdə aktiv iştirak ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Foto qalereya5

Reaksiyanızı bildirin