Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Tələbələrin yay təcrübəsi davam edir

22 İyul 2022
Tələbələrin yay təcrübəsi davam edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) tələbələrinin yay təcrübəsi davam edir.

Akademiyanın 4 ixtisası üzrə təhsil alan 1, 2 və 3-cü tədris ilinin tələbələri ASCO-nun Dəniz Nəqliyyat Donanmasında (DND), Xəzər Dəniz Neft Donanmasında (XDND), Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və Bibiheybət Gəmi Təmiri Zavodunda (BGTZ) yay təcrübəsindədirlər.

«Gəmiqayırma və gəmi təmiri mühəndisliyi» ixtisasında oxuyan bir qrup tələbə isə Bakı Gəmiqayırma Zavodunda təcrübə keçirlər.

ADDA tələbələrinin tədris ili ərzində Akademiyada aldıqları nəzəri bilikləri təcrübədə əyani şəkildə izah edən gəmi və zavod heyyəti onları maraqlandıran suallara cavab verir. Təcrübə zamanı tələbələr üzmə və istehsalat proseslərinin bəzi məqamlarında yaxından iştirak etmək imkanı da əldə edirlər.

Yay təcrübəsi sentyabr ayına qədər davam edəcək.

Foto qalereya9

Reaksiyanızı bildirin
Tələbələrin yay təcrübəsi davam edir | ADDA