Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

TTM-də tədris olunan DP təlimlərinin sayı 5-ə çatdırılıb

12 Sentyabr 2024
TTM-də tədris olunan DP təlimlərinin sayı 5-ə çatdırılıb

Böyük Britaniyanın nüfuzlu “The Nautical Institute” təşkilatı ASCO-nun Təlim Tədris Mərkəzində (TTM) distant auditi həyata keçirib.

“The Nautical İnstitute”-nin Dəniz və dəniz nəqliyyatı kvalifikasiyası şöbəsinin müdiri Qasim Masood və onun komandası tərəfindən aparılan audit zamanı “Dynamic Positioning Vessel Maintainer (DPVM)/ Dinamik Mövqe Saxlama üzrə Texniki Xidmət Təlimi” kursu üzrə materiallar və sənədləşmə yoxlandıqdan sonra qeyd olunan təlimin keçirilməsi üçün TTM-ə akkreditasiya verilib.

Bununla da dənizçilər TTM-də aşağıda qeyd olunan DP təlimlərində iştirak edə bilərlər:

“Dynamic Positioning Induction course” / Dinamik mövqe saxlama operatorlarının hazırlığı (baza kursu)

“Dynamic Positioning Simulator course”/ Dinamik mövqe saxlama operatorlarının hazırlığı (simulyator kursu)

“Dynamic Positioning Revalidation and Refresher Competency Assessment course” / Dinamik mövqe saxlama operatorlarının hazırlığı üzrə Revalidasiya və Təkmilləşdirmə/Bacarıqların Qiymətləndirilməsi kursu

“Dynamic Positioning Maintenance course” / Dinamik mövqe saxlama sisteminə texniki xidmət təlimi (ABS akkreditasiyalı)

“Dynamic Positioning Vessel Maintainer course” / Dinamik mövqe saxlama sisteminə texniki xidmət təlimi

Qeyd edək ki, dünya üzrə DP təlimlərinin keçirilməsinə səlahiyyəti olan 83 mərkəzdən biri də ASCO-nun Təlim Tədris Mərkəzidir.

Reaksiyanızı bildirin