Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

27 Fevral 2026
Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir təşkil edilib.

“Azərbaycan Respublikasının 2026-cı il üçün mülki müdafiə tədbirləri Planı”na, eləcə də Akademiyanın 2026-cı il üzrə Mülki Müdafiə tədbirləri Planına uyğun olaraq keçirilən tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini əhali və ərazilərin fövqəladə hallardan mühafizəsinin təşkili, mülki müdafiə işinin əhəmiyyəti və bu sahədə maarifləndirmə məsələlərinə yönəltmək olub. Tədbirdə Akademiyanın struktur bölmə rəhbərləri, Mülki Müdafiə Qərargahının üzvləri və Mülki Müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib.

Açılış nitqi ilə çıxış edən rektorun müşaviri Vüqar Sadıqov bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarına əsasən, 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Qeyd olunub ki, hazırda təşkilata dünyanın 50-dən çox ölkəsi daxildir və Azərbaycan Respublikası 1993-cü ildən etibarən bu nüfuzlu beynəlxalq qurumun üzvüdür.

Akademiyanın Mülki Müdafiə Qərargahının rəisi Oktay Ağayev çıxışında əhalinin təhlükəsizliyinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasının və müasir texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb. Eyni zamanda bildirib ki, Akademiyada mülki müdafiə sahəsində müvafiq qüvvələr yaradılıb və bu istiqamətdə fəaliyyət ardıcıl şəkildə davam etdirilir. Bu sahədə işin təşkili daim diqqət mərkəzində saxlanılır.

Tədbirin sonunda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş slayd və video materiallar nümayiş etdirilib.

Foto qalereya3

Reaksiyanızı bildirin