Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Valideynlər maraq göstərirlər

24 May 2023
Valideynlər maraq göstərirlər

Azərbaycan Dövlət Dəniz Akademiyasında yaz semestrinin imtahan sessiyasının növbəti imtahanları keçirilir. İmtahanlar həm test, həm yazılı, həm də şifahi üsulla aparılır.

      Hər il olduğu kimi, bu il də Akademiya rəhbərliyinin təşəbbüsü ilə imtahan prosesini izləmək üçün tələbələrin valideynləri dəvət olunub. ADDA-nın  elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov və “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov qonaqlara imtahanlar haqqında geniş məlumat veriblər. Bildiriblər ki, həm imtahanın gedişi, həm də bilet suallarının yoxlanılması zamanı şəffaflığın və obyektivliyin qorunması diqqətdə saxlanan ən başlıca məsələdir.

    Valideynlər imtahan prosesi ilə yaxından tanış olmaq imkanına görə Akademiyanın rəhbərliyinə minnətdarlıqlarını bildirərək, ADDA-da tədris prosesinin və nizam-intizamın övladlarının karyerasına müsbət təsir göstərəcəyinə əmin olduqlarını qeyd ediblər.

Foto qalereya4

Reaksiyanızı bildirin