Xocalı qurbanlarının xatirəsi yad edilib

Azərbaycan Dövlət Dəniz Akademiyasının bütün fakültə və kafedralarında Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.
Tədbirlər faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşlərdə çıxış edən professor-müəllim heyəti tələbələrə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş amansız cinayətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozan bu soyqırımı aktı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, 1275 nəfər isə əsir götürülüb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı tarixi zəfər sayəsində bu gün Xocalı şəhidlərinin ruhu şaddır. Həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində Xocalı işğaldan tam azad edilib və bu gün həmin ərazilərdə üçrəngli bayrağımızın dalğalanması tarixi ədalətin qələbəsidir.
Tədbirlərin əsas məqsədi gənc dənizçilərin tarixi yaddaşını yeniləmək, onlarda vətənpərvərlik ruhunu gücləndirmək və Azərbaycan həqiqətlərinin gələcək nəsillərə ötürülməsini təmin etməkdir.

