Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

XVII Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” çap olundu

24 İyun 2022
XVII Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” çap olundu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda XVII Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” çapdan çıxıb.

Elmi-texniki konfransa ümumilikdə 89 məruzə daxil olub. Onların sırasında Rusiya, Qazaxıstan və Ukraynadan da elmi məqalələr var. ADDA müəllimləri 40, respublika ali məktəblərinin, AMEA-nın elmi-tədqiqat institutlarının və müxtəlif şirkətlərin müəllifləri isə 43 məqalə təqdim ediblər.

Konfransa təqdim edilən elmi işlərin bir hissəsi konfransın “Məruzə materialları”nda, ən yaxşıları isə “ADDA-nın Elmi Əsərləri” jurnallarında çap olunur.

                                                                               Yükləmək üçün Link  :  [Məruzə materialları 2022](https://adda.edu.az/uploads/meruze materiallar. 2022 \(3\).pdf)
Reaksiyanızı bildirin