Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Yazıçı Elxan Elatlı ilə görüş

03 Noyabr 2016
Yazıçı Elxan Elatlı ilə görüş

3 noyabr 2016-cı ildə Azərbaycan Dövlət Dəniz Akademiyasında Tələbə Gənclər Təşkilatı “Gənc Heydərçilər Klubu”nun dəstəyilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirib.

Giriş sözü ilə tədbiri açan Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Z.Şərifov yazıçı Elxan Elatlını salamlayaraq belə görüşlərin əhəmiyyətini vurğuladı və Azərbaycan xalqının görkəmli ədəbiyyat və mədəniyyət xadimlərilə silsilə görüşlərin keçirilməsinin Akademiyada artıq bir ənənəyə çevrildiyini qeyd etdi.

Daha sonra Akademiya tələbələri və əməkdaşlarının suallarını cavablandıran yazıçı vətənpərvərlik ruhunda çıxış edərək gəncləri milli ruha köklədi.

Gənc Heydərçilər Klubunun vitse-prezidenti Aygün Ələkbərova tanınmış yazıçını salamlayaraq dəvəti qəbul edib GHK olaraq ADDA – nin tələbələri ilə görüşə gəldiyi üçün yazıçıya təşəkkürünü bildirib.

ADDA tələbələrinin ifasında yazıçının əsərindən bir parça nümayiş olundu.

Sonda Elxan Elatlı tələbələrlə, gənclərlə görüşdən məmnunluq hissi duyduğunu bildirərək onu sevənlərlə xatirə şəkli çəkdirdi.

Foto qalereya8

Reaksiyanızı bildirin