Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Yeni nəşrlər işıq üzü görüb

11 Dekabr 2019
Yeni nəşrlər işıq üzü görüb

Hər il may ayında Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilimiş Beynəlxalq elmi-texniki konfrans keçirilir. 2019-cu ildə də baş tutan elmi-texniki konfransa ümumilikdə 116 məruzə, o cümlədən 6 xarici ölkədən (Türkiyə, Rusiya, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Gürcüstan) 42 alimin məruzələri təqdim edilib. Bu konfransın məqsədi su nəqliyyatının problemlərinin öyrənilməsi və tədqiq edilməsi sahəsində öz töhfəsini verməkdir. Elmi-texniki konfransın təşkilatçıları bu məruzələrin gələcəkdə su nəqliyyatı və su ilə daşımalarda qarşıya çıxa biləcək problemlərin həllində kömək olacağına ümidvardır. Sevindirici haldır ki, ADDA-da hər il tələbə, magistrant və gənc tədqiqatçıların da elmi-texniki konfransı təşkil olunur.

Bu günlərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Su nəqliyyatının problemləri” mövzusunda 14-cü Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” jurnalı və “Dəniz nəqliyyatının inkişaf perspektivləri” mövzusunda tələbə, magistrant və gənc tədqiqatçıların elmi-texniki konfransının “Tezislər toplusu” işıq üzü görüb. Qeyd edək ki, hər iki nəşr Akademiyamızın mətbəəsində çap edilib.

Arzu edənlər məruzə materialları ilə ADDA-nın kitabxanasında tanış ola bilərlər.

Foto qalereya1

Reaksiyanızı bildirin