Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

“Zəfər günü”nə həsr olunmuş “Dəyirmi masa”

05 Noyabr 2022
“Zəfər günü”nə həsr olunmuş “Dəyirmi masa”

Noyabrın 4-də Azərbaycan Dövlət Dəniz Akademiyasında **“Zəfər günü”**nə həsr olunmuş “8 Noyabr 2020-ci il Zəfərinin daimiliyi tarixi torpaqlarımızın sərhədlərinə çıxışdan keçir” mövzusunda “Dəyirmi masa” keçirilib.

“Humanitar fənlər” kafedrası və Həmkarlar təşkilatının birgə hazırladığı tədbirdə Akademiyanın professor-müəllim heyəti, tələbələr, dəvət olunmuş Vətən müharibəsi qaziləri iştirak ediblər. “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev, dosent Əsədullah Süleymanov, baş müəllim Ağarza Fətəliyev, baş müəllim Elbrus Həşimov, baş müəllim Sevinc Rzayeva, tələbələr Elnur Ağayev (091A1), Aydın Zeynalov (052A1), Taleh Məmmədov (051A3) mövzu ətrafında maraqlı məruzələrlə çıxış ediblər. Tələbələrimiz Türk dünyasının “İstiqlal marşı”nı və “Zəfər marşı”nı səsləndiriblər. Sonda Zəfər gününə həsr olunmuş videomaterial nümayiş etdirilib.

Foto qalereya12

Reaksiyanızı bildirin
“Zəfər günü”nə həsr olunmuş “Dəyirmi masa” | ADDA