
Əsas səhifə
Ali təhsil müəssisələrində rəqəmsal transformasiya, tədris idarəetmə sistemlərinin (LMS) inkişafı, İKT infrastrukturu və süni intellekt əsaslı həllərin tətbiqi üzrə zəngin təcrübəyə malik idarəçiyəm. Tədris və inzibati proseslərin rəqəmsallaşdırılması, kağızsız kargüzarlıq ekosisteminin qurulması, dövlət informasiya sistemləri ilə inteqrasiyaların təşkili və kibertəhlükəsizlik standartlarının təmin edilməsi sahələrində genişmiqyaslı layihələrə rəhbərlik etmişəm.
İş Təcrübəsi
Azərbaycan Dövlət Dəniz Akademiyası (PHŞ)
Vəzifə: Təhsil texnologiyaları və rəqəmsal həllər mərkəzinin müdiri
Dövr: Dekabr 2025 – Hazırda
Əmək funksiyaları və nailiyyətlər:
- Akademiyada tədris və inzibati proseslərin rəqəmsallaşdırılması üzrə kompleks layihələrin və strateji inkişaf planının hazırlanması.
- Rəqəmsal idarəetmə sistemlərinin, şəbəkə və server infrastrukturunun modernləşdirilməsi üzrə texniki tapşırıqların hazırlanması.
- Kibertəhlükəsizlik və informasiya məxfiliyi üzrə risklərin qiymətləndirilməsi, təhlükəsizlik mexanizmlərinin qurulması.
- İKT əməliyyatları üzrə hesabatlılıq sisteminin formalaşdırılması və ixtisaslı texniki komandanın idarə edilməsi.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Vəzifə: UNEC Rəqəmsal texnologiyalar departamentinin direktoru
Dövr: Mart 2024 – İyul 2025
Əmək funksiyaları və nailiyyətlər:
- Tədrisin elektron idarəetmə sistemi olan EDUMAN platformasının funksional inkişafı və idarə olunmasına rəhbərlik.
- EDUMAN sisteminin Elm və Təhsil Nazirliyinin AOTİS platforması və turniket-keçid nəzarət infrastrukturu ilə inteqrasiyası.
- Yazılı imtahanların rəqəmsallaşdırılması və xarici dil imtahanlarında süni intellekt əsaslı 4 bacarıq üzrə qiymətləndirmə həllərinin layihələndirilməsi.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Vəzifə: UNEC Extern Mərkəzinin direktoru
Dövr: Sentyabr 2020 – Mart 2024
Əmək funksiyaları və nailiyyətlər:
- Universitet üzrə distant təhsil modelinin təşkili, onlayn təhsil infrastrukturunun optimallaşdırılması.
- Heydər Əliyev Fondu, Pekin Xarici Dillər Universiteti və Konfutsi İnstitutu ilə birgə distant Çin dili kursları layihəsinin əlaqələndirilməsi və icrası.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Vəzifə: Rəqəmsal Media Bölümünün müdiri
Dövr: Sentyabr 2017 – Sentyabr 2024
Əmək funksiyaları və nailiyyətlər:
"Bir pəncərə" xidməti, Elektron kitabxana sistemi, İnzibati heyətin fəaliyyətinin qiymətləndirilməsi, UNEC NEWS portalı və Onlayn Help Desk platformalarının yaradılması və tətbiqi.
Tədris korpuslarında zəif axın sistemlərinin layihələndirilməsi və icrasına nəzarət.
"AvtoAlyans" MMC
Vəzifə: Direktor
Dövr: Noyabr 2011 – İyun 2017
"MediaAlyans" MMC
Vəzifə: Direktor
Dövr: Mart 2008 – Noyabr 2011
Səlahiyyətlər və vəzifələr
- Təhsil proseslərinin rəqəmsallaşdırılması və LMS arxitekturası
- Dövlət və təhsil platformaları ilə sistem inteqrasiyaları
- Təhsildə süni intellekt (AI) həllərinin tətbiqi və maşın öyrənməsi konsepsiyaları
- İT infrastruktur, server və zəif axın sistemlərinin layihələndirilməsi
- İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və risklərin idarə olunması
- Layihə idarəetməsi, strateji planlaşdırma və komanda rəhbərliyi
Təhsil və elmi dərəcələr
- 2023 – 2024 İ. Meçnikov adına Odesa Milli Universiteti Magistr, **İxtisas:** 122 Kompüter Elmləri (ISCED-0613: Proqram təminatı, tətbiqlərin inkişafı və təhlili) **Dissertasiya:** "Kitabxanaların axtarış sisteminin maşın öyrənmə elementləri ilə tədqiqi və optimallaşdırılması"
- 1999 – 2003Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)Bakalavr, İxtisas: Beynəlxalq İqtisadi Münasibətlər / Ümumi iqtisadiyyat
Digər
Fəxri fərman – Azərbaycan Dövlət İqtisad Universiteti (İyun 2025)
Təşəkkürnamə – Azərbaycan Dövlət İqtisad Universiteti (İyun 2024)
Təşəkkürnamə – Azərbaycan Dövlət İqtisad Universiteti (Noyabr 2023)
Təşəkkürnamə – Azərbaycan Dövlət İqtisad Universiteti (İyun 2023)
Təşəkkürnamə – Azərbaycan Dövlət İqtisad Universiteti (May 2021)
Fəxri Fərman – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (İyun 2020)
Son yeniləmə: 04 Avqust 2026
